Ronaldo “Əl-Nəsr”də het-trik etdi

ronaldo-el-nesrde-het-trik-etdi
Oxunma sayı: 4526

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda növbəti qollarını vurub.

“Qafqazinfo” “Talk sport”a istinadən xəbər verir ki, ulduz futbolçu çempionatın XXV tur matçında het-trik edib.

Təcrübəli forvard 65, 67 və 87-ci dəqiqələrdə adını tabloya yazdırıb.

Bununla da onun, cari mövsümdə liqadakı qollarının sayı 26-ya yüksəlib.