Rus turistlər Antalyada qəzaya düşdü

rus-turistler-antalyada-qezaya-dusdu
Oxunma sayı: 1160

Antalyada rus turistləri daşıyan tur avtobusu aşıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 rus turist və 1 tur rəhbəri xəsarət alıb.

Xəsarət alanlar ətrafdakı xəstəxanalara yerləşdirilib. Hazırda onların vəziyyətinin yaxşı olduğu bildirilir. 

Məlumata əsasən, qəzaya səbəb yağış nəticəsində yolun sürüşkən olması və sürücünün buna görə idarəetməni itirməsi olub. Qeyd olunur ki, avtobus aşdıqda qapılarını açmaq mümkün olmayıb. Sərnişinlər avtobusun ön şüşəsini qıraraq avtobusdan çıxa bilib.