Rusiya “Azovstal”a zərbələr endirir - Video

rusiya-azovstala-zerbeler-endirir
Oxunma sayı: 2399

Rusiya qoşunları artıq “Azovstal” ərazisindədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, xalq deputatı və “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamia “Azadlıq” radiosuna açıqlamasında bildirib.

"İkinci gündür ki, zavoda basqın etmək cəhdləri davam edir. Rusiya qoşunları artıq “Azovstal” ərazisindədir", - Araxamia deyib.

O, təfərrüatları açıqlamayıb.

Ukrayna Baş Qərargahının məlumatına görə isə, hazırda ərazi blokadaya alınıb və Mariupolda Azovstal ərazisində Ukrayna bölmələrinə zərbələr endirilir. 

"Bəzi rayonlarda aviasiyanın dəstəyi ilə düşmən zavodun ərazisini nəzarətə götürmək üçün hücumu bərpa edib. Lakin uğur əldə etməyib", - məlumatda deyilir.