Rusiya dost olmayan ölkələrə qazı rublla satacaq

rusiya-dost-olmayan-olkelere-qazi-rublla-satacaq
Oxunma sayı: 6726

Rusiya təbii qaz tədarükü üçün ödənişləri dollar və avro da daxil olmaqla digər valyutalarla qəbul etməkdən imtina edəcək və rublla ödənişlərə keçəcək.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin hökumətlə görüşündə bildirib.

“Mən qeyri-dost adlandırılan ölkələrə verilən təbii qazımıza, Rusiya rubluna görə ödənişlərin köçürülməsi üçün bir sıra tədbirləri həyata keçirmək qərarına gəldim”, - Putin qeyd edib.