Rusiya ilə Türkiyə Suriyada ortaq patrul xidmətinə başladı - Fotolar

rusiya-ile-turkiye-suriyada-ortaq-patrul-xidmetine-basladi
Oxunma sayı: 1305

Rusiya hərbi polisləri ilk dəfə türkiyəlilərlə Suriyanın şimalında birgə patrula yollanıblar.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter mikrobloqunda məlumat yayılıb.

“Quru və hava bölmələrindən ilk Rusiya-Türkiyə ortaq patrulu Türkiyə və Rusiya Prezidentlərinin oktyabrın 22-də Soçidəki razılaşmasına uyğun olaraq Suriyanın şimal-şərqində yerləşən Darbasiyanın şərqinə göndərilib”.

Beş rus və dörd türk nəqliyyat vasitəsindən ibarət karvan günorta saatlarında Derbesiyadan çıxıb. Marşrutun uzunluğu 110 kilometr, sürət saatda 40-60 kilometr olacaq.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, patrulun tərkibində Rusiyaya məxsus “Tiqr”, “Tayfun” zirehli maşınları və Türkiyə sərhəd xidmətinin “Kirpi” zirehli maşınları yer alıb. Sütunun təhlükəsizliyini “BTR-82”zirehli personal daşıyıcısı təmin edir.