Rusiya ordusunda döyüşən azərbaycanlı həlak oldu - Foto

rusiya-ordusunda-doyusen-azerbaycanli-helak-oldu
Oxunma sayı: 8564

Rusiya Silahlı Qüvvələrinin hərbi qulluqçusu - 22 yaşlı azərbaycanlı Əhmədov Şahin Cabir oğlu Ukraynada gedən döyüşlərdə həlak olub.

“Qafqazinfo” xəbər verir ki, onun nəşi artıq Azərbaycana gətirilib.

Qeyd edək ki, Ş. Əhmədov Rusiyanın Vladiqafqaz şəhərində doğulub boya-başa çatıb. O, Azərbaycan diasporunun nümayəndəsi olub, 58-ci Əlahiddə Ümumqoşun Ordusunda xidmət edib.