Rusiya parlamenti dünyanın sonu ilə bağlı bəyanat yaydı

rusiya-parlamenti-dunyanin-sonu-ile-bagli-beyanat-yaydi
Oxunma sayı: 660

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Dövlət Dumasının bəyanatı ölkədəki kütləvi informasiya vasitələrinə müraciət formasındadır.

Dumanın elm və elmi texnologiyalar komitəsinin sədri Valeri Çereşnyov ilə onun müavinləri Mixail Deqtyarov və Dmitri Novikovun imzaladıqları bəyanatda deyilir: "Təmsil etdiyimiz komitədə çoxsaylı ali təhsilli, savadlı insanlar var. Aramızda akademik və alimlər də çalışır. Heç birimiz dünyanın sonunun olacağına inanmır. Tam məsuliyyətlə deyirik ki, dekabrın 21-də dünyanın sonu olmayacaq.

Kütləvi informasiya vasitələri, xüsusilə də saytlar və telekanallar insanlara çox yüksək psixoloji təsir imkanlarına malikdir. Ona görə də televizorda səslənən istənilən belə yanlış xəbərlər insanlar üçün ziyandır. Üstəlik, "dünyanın sonu" ilə bağlı xəbərlər əhalidə qorxu və təlaş yaradır, fırıldaqçılar da bundan yararlanırlar".
Dumanın ictimai birliklər və dini təşkilatlar komitəsinin sədri Yarolslav Nilov da bəyanatı imzalayıb.

Rusiyada isə "dünyanın sonu" ilə bağlı xəbərlər əhalidə təşviş yaradıb. Kasıblar şam, duz, konserv, un, düyü və s. alıb yığır, varlılar isə yeraltı sığınacaqlar tikdirirlər.

"Dünyanın sonu" ilə bağlı ən böyük təşviş Altay diyarındadır. Buradakı dükanlarda duz, şəkər, un və kibrit qalmayıb.