Rusiya Kupyanskdakı xəstəxananı vurdu - Fotolar

rusiya-kupyanskdaki-xestexanani-vurdu
Oxunma sayı: 2145

“Rusiya qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərindəki xəstəxanaya raket hücumu təşkil edib”.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Xarkov vilayətinin Hərbi Administrasiyasının qubernatoru Oleq Sinequbo açıqlama verib.

Sinequbo sosial media hesabından verdiyi açıqlamada hücum zamanı bir anestezioloqun öldüyünü, tibb bacısının isə yaralandığını bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski də hadisə ilə bağlı instaqram hesabından paylaşım edib:

“Düşmən amansızcasına terror etməkdə davam edir. Bununla belə, hər bir işğalçı birmənalı şəkildə xatırlamalıdır: şəhərlərimizə və insanlarımıza hücuma görə qisas qaçılmazdır. İrqçilərin qiyaməti mütləq gələcək”.