“Rusiya və Hindistanı Çinə uduzduq” - Foto

rusiya-ve-hindistani-cine-uduzduq
Oxunma sayı: 4848

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin, Çin Sədri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modinin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində çəkilən fotosunu paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, fotonu “Truth Social” sosial şəbəkə hesabında paylaşan Tramp ABŞ-nin Rusiya və Hindistanı itirdiyini də yazıb:

“Belə görünür, biz Hindistan və Rusiyanı ən qaranlıq və dərin Çinə uduzduq. Qoy onlar birlikdə uzun və xoşbəxt gələcəyə sahib olsunlar!”

ABŞ liderinin bu paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb.