Rusiya Yerevandakı universitetlə bağlı sazişdən çıxdı

rusiya-yerevandaki-universitetle-bagli-sazisden-cixdi
Oxunma sayı: 2022

Rusiya Yerevandakı Rus-Erməni Universitetinin (Slavyan) fəaliyyət şərtləri ilə bağlı sazişdə iştirakdan imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin müvafiq əmri rəsmi hüquq informasiya portalında dərc olunub.

“Ermənistan tərəfinə Rusiya Federasiyası hökuməti ilə Ermənistan Respublikası hökuməti arasındakı Yerevandakı  Rus-Erməni Universitetinin fəaliyyəti şərtlərinə dair razılığın tərəfi olmamaq niyyəti barədə bildiriş göndərilsin”,  - deyə əmrdə bildirilir.

Qeyd edək ki, Rus-Erməni Universiteti 1997-ci ilin avqustunda Moskvada Rusiya və Ermənistan hökumətləri arasında imzalanmış ikitərəfli razılaşma əsasında yaradılıb.