Rusiyada 3 yaşadək uşağı olan ailələrə maddi yardım ediləcək

rusiyada-3-yasadek-usagi-olan-ailelere-maddi-yardim-edilecek
Oxunma sayı: 3575

Rusiya prezidenti Vladimir Putin karantin rejimi dövründə uşaqlı ailələrə yardım göstərilməsi barədə sərəncam verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kremlin saytında yazılıb. Sərəncama əsasən, aprel-iyun ayları ərzində ailələrə 3 yaşadək hər uşağa görə  5 min rubl (təxminən 112 manat) pul veriləcək.

Bu ödənişlər üçün oktyabrın 1-dək edilən müraciətlər də nəzərə alınacaq.