Rusiyada ağır yol qəzası, 5 ölü - Foto

rusiyada-agir-yol-qezasi-5-olu
Oxunma sayı: 2265

Rusiyanın Kalmıkiya Respublikasında beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, insident respublikanın Çernozemel rayonunun ərazisində, Komsomolski-Artezian avtomobil yolununun 25-ci kilometrliyində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində yeddi nəfər zərər çəkib. Onlardan beşi dünyasını dəyişib.

Ölənlər arasında uşaq yoxdur.

Qəzanın baş vermə səbəbləri müəyyən edilir.