Rusiyanın Tambov vilayətində barıt zavodunun binasında partlayış baş verib.
“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə zamanı 5 nəfər həlak olub, daha 12 nəfər isə yaralanıb.
TASS-ın rəsmi qurumlara istinadən yaydığı məlumata görə isə, 4 nəfər ölüb, daha 2 nəfər isə xəsarət alıb.
Partlayış nəticəsində 1 kvadrat metr ərazidə yanğın qeydə alınıb. Yanğının qarşısı alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər