Rusiyada bazarda yanğın başlayıb

rusiyada-bazarda-yangin-baslayib
Oxunma sayı: 3449

Rusiyanın Moskva vilayətində “Sindika” bazarının ərazisində yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

“Moskva Dairəvi yolunun 65-ci km-də “Sindika” bazarının ərazisində anbar yanıb. Hazırda bütün ərazini - 2100 kv.m-i alov bürüyüb”, - məlumatda qeyd olunub.

Hələlik ölən və yaralananlar barədə məlumat verilmir.

Yanğınsöndürənlər yanğının qonşu binaya keçə biləcəyini bildiriblər.

“Shot” teleqram kanalının məlumatına görə, anbarın içərisində yanacaq-sürtkü materialları var.