Rusiyada daha 8984 nəfər Covid-19-a yoluxdu

Rusiyada daha 8984 nəfər Covid-19-a yoluxdu
Oxunma sayı: 797

Rusiyada son sutka ərzində 134 nəfər koronavirusdan dünyasını dəyişib, 8984 nəfər isə Covid-19-a yoluxub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni yoluxanlar ən çox Moskva, Moskvaətrafı, Sankt-Peterburq, Nijeqorod və Sverdlovsk vilayətlərinin sakinləridir. 3458 nəfərdə virus simptomsuz olub.

Qeyd edək ki, Rusiyada pandemiyanın başlanğıcından 467 min 673 nəfər koronavirusa yoluxub, 5859 nəfər isə dünyasını dəyişib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi