Rusiyada daha bir nəfər koronavirusdan öldü

rusiyada-daha-bir-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1598

Rusiyanın Pskov vilayətində koronavirus xəstəsi dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Rusiyada virusdan ölənlərin sayı 9-a çatıb.

Ölən şəxsdə ağır formada ağciyər patologiyası olub. O, Covid-19-a yoluxmuş şəxslə təmasdan sonra xəstəliyə tutulub.

Qeyd edək ki, 9 ölüm faktından 6-sı Moskvada, 1-i Sankt-Peterburqda, 1-i isə Orenburqda qeydə alınıb.

Rusiyada ümumilikdə 1534 nəfərdə koronavirus aşkarlanıb. 64 nəfər sağalıb.