Rusiyada güclü zəlzələ

rusiyada-guclu-zelzele
Oxunma sayı: 3156

Rusiyanın Cənubi Kuril adalarında 5,1 bal gücündə zəlzələ baş verib. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinə istinadən xəbər verib.

“Cənubi Saxalinsk” seysmik stansiyasının rəisi Yelena Semyonovanın sözlərinə görə, zəlzələ cümə günü yerli vaxtla saat 1:14-də qeydə alınıb.

Rəis bildirib ki, yeraltı təkanların episentri İturup adasından 59 kilometr cənubi-şərqdə, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.