Rusiyada hərbi hissədə partlayış - 4 ölü, 1 yaralı

rusiyada-herbi-hissede-partlayis
Oxunma sayı: 1498

Rusiyanın Vladimir vilayətində silah-sursat anbarında mərmi partlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, hadisə Barsovo qəsəbəsində yerləşən hərbi hissədə qeydə alınıb. Partlayış nəticəsində 4 nəfər həlak olub, daha 1 nəfər isə xəsarət alıb. 

Ölənlərdən 3-ü hərbi qulluqçu, 1-i isə anbar işçisidir.