Rusiyada məktəbdəki atışmada ölənlərin sayı artdı - Video + Yenilənib

rusiyada-mektebdeki-atismada-olenlerin-sayi-artdi
Oxunma sayı: 19726

Rusiyanın İjevsk şəhərində məktəbdə atışma baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya DİN yayıb. 

Məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb. 

Atəş açan şəxsin intihar etdiyi bildirilir.

***

Teleqram kanallarında yayılan məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 10-a çatıb. Onlardan 5-nin uşaq olduğu iddia olunur. 

***

Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, insident nəticəsində 9 nəfər ölüb, onlardan 5-i uşaqdır.

***

Ölənlərin sayı 13-ə çatıb. Bir uşaq kliniki ölüm vəziyyətində xəstəxanaya çatdırılıb.

Daha 21 nəfər xəsarət alıb, onların 14-ü azyaşlıdır.

***

Rusiyanın İjevsk şəhərində məktəbdə atışma nəticəsində ölən və yaralananların sayı artıb.

Son olaraq ölü sayı 11-I azyaşlı olmaqla 15-ə, yaralananların sayı isə 24-ə yüksəlib.

***

Rusiyanın İjevsk şəhərində məktəbdə atışma nəticəsində ölənlərin sayı artmaqdadır.

Artıq ölənlərin sayı 17 nəfərə çatıb ki, bunlardan 11-i azyaşlıdır, yaralananların sayı isə 24 nəfərdir.