Rusiyada polisə heroin satan azərbaycanlı saxlanıldı

rusiyada-polise-heroin-satan-azerbaycanli-saxlanildi
Oxunma sayı: 917

Rusiyanın Vladivostok şəhərində Azərbaycan vətəndaşı olan narkotacir saxlanılıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Primorsk prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

İstintaq məlumatına görə, cinayət 2018-ci ilin payızında baş verib. Şübhəli Primorskda yaşayış qeydiyyatı olmadan məskunlaşıb.

Qeyd olunur ki, o, potensial alıcı ilə öncədən planlaşdırılmış görüş zamanı ona 1200 rubl dəyərində narkotik vasitə-heroin satmaq istəyib. Alıcı isə əməliyyat-istintaq tədbiri çərçivəsində fəaliyyət göstərən polis əməkdaşı olub. 

Saxlanılan şəxs “Narkotik vasitələrin qanunsuz satışı” maddəsi ilə cinayət törətməkdə ittiham olunur.

Hazırda faktla bağlı cinayət işi açılıb.