Rusiyada rekord yoluxmaya baxmayaraq konsert verdi - Video

rusiyada-rekord-yoluxmaya-baxmayaraq-konsert-verdi
Oxunma sayı: 2781

Rusiyanın məşhur repçisi Basta (Vasiliy Mikhayloviç Vakulenko) koronavirus qaydalarını heçə sayaraq solo konsert verib. 

“Qafqazinfo” xəbər verir ki, Rusiyada yoluxma və ölənlərin sayının artdığı bir dövrdə Bastanın Sankt-Peterburqdakı şousuna minlərlə insan qatılıb. 

“İce Palace” adlı məkanda keçirilən konsertdə koronavirusla mübarizə tədbirlərinə əməl olunmayıb. Sosial məsafəyə diqqət olunmayıb, maska taxılmayıb, minlərlə insan eyni məkanda bir arada olub. 

Basta isə açıqlamasında qaydalara əməl olunduğu, hamının maska taxdığını, onların daim dezinfeksiya olunduğunu qeyd edib. 

Lakin sosial şəbəkələrdə yayılan görüntülər Bastanın açıqlamasını təkzib. 

Qeyd edək ki, Rusiyada son 24 saatda 26 min 683 nəfər virusa yoluxub, 459 nəfər ölüb.