Rusiyada saxta spirtli içki satan Məmmədov həbs olundu

rusiyada-saxta-spirtli-icki-satan-memmedov-hebs-olundu
Oxunma sayı: 1672

Rusiyanın Sverdlovsk vilayətində 18 nəfərin metil spirti ilə zəhərlənərək ölməsində təqsirli bilinən iki nəfər həbs olunub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Çkalovsk rayon məhkəməsi saxta spirtli içki satışı ilə məşğul olan Nadir Məmmədov və Armen Avetisyanı iki ay müddətinə azadlıqdan məhrum edib. 

İstintaqın məlumatına görə, Sverdlovsk vilayətində 18 nəfər metil spirtindən zəhərlənərək dünyasını dəyişib. “Vahid Rusiya” partiyasının “Xalq Nəzarəti” layihəsinin bölgə üzrə koordinatoru Dmitri Çukreev bildirib ki, ilkin məlumata görə, metil spirtindən ölənlərin sayı 26-ya çatıb.

Faktla bağlı cinayət işi başladılıb. Nadir Məmmədov və Armen Avetisyan daha əvvəl təqsirli qismində saxlanılmışdı. Bildirilir ki, daha sonradan həmin şəxslərə spirtli içki tədarük edən iki nəfər də saxlanılıb.

Həmçinin oxuyun: Rusiyada saxta spirtli içkidən ölənlərin sayı artır