Rusiyada təyyarə uçuş-enmə zolağından çıxıb - Video

rusiyada-teyyare-ucus-enme-zolagindan-cixib
Oxunma sayı: 1925

Rusiyanın Xabarovsk diyarında “An-24” tipli təyyarə havaya qalxarkən uçuş-enmə zolağından çıxıb. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, təyyarə zolaqdan çıxaraq ətrafda yerləşən kolluq əraziyə doğru yönəlib.

Hava gəmisinin göyərtəsində 20 sərnişin və 4 ekipaj üzvü olub. İnsident zamanı xəsarət alan olmayıb. 

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.