Rusiyada vitse-spikerin qızı intihar edib - Doğum günündə

rusiyada-vitse-spikerin-qizi-intihar-edib
Oxunma sayı: 3789

Sankt-Peterburq Ali Məclisinin vitse-spikeri olmuş Pavel Soltanın qızı Anastasiya Soltan valideynlərinin ölümündən sonra intihar edib.

Qafqazinfo” rus KİV-nə xəbər verir ki, bu barədə Anastasiyanın bacısı Veronika şəxsi sosial hesabında məlumat yayıb. O, bacısının psixoloji yardım almaq istəmədiyini və vəziyyətinin günbəgün ağırlaşdığını bildirib.

Belə ki, avqustun 14-ü valideynləri ilə birgə qəzaya düşdükdən sonra bir müddət çəliklə gəzməli olan Anastasiya həmin qəzada həm də ailə üzvlərini itirib. Həyatının ağır günlərini yaşayan Anastasiya daha sonra 6 ay evli olduğu həyat yoldaşından boşanıb. Son vaxtlar rəfiqəsi ilə birgə yaşamağa başlayan 22 yaşlı qız doğum günündə-24 noyabrda intihar edib.

Xatırladaq ki, vitse-spiker və həyat yoldaşının da öldüyü qəza bu ilin avqustunda baş vermişdi. 

Aysel Kərimova