Rusiyada zavodda partlayış - 3 nəfər öldü

rusiyada-zavodda-partlayis
Oxunma sayı: 1983

Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən “Avangard” hərbi zavodunda güclü partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə nəticəsində 3 qadın həlak olub, 5 nəfər isə xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Başqırdıstanın rəhbəri Radi Xabirov teleqram kanalındakı paylaşımında bildirib ki, partlayış zamanı zavodun binalarından biri dağılıb, həlak olanlardan biri 2002-ci il təvəllüdlü gənc qızdır.

Qeyd edək ki, “Avangard” müəssisəsi Rusiyanın ən iri müdafiə sənayesi obyektlərindən biridir və dövlət sifarişi ilə hərbi məhsullar istehsal edir.