“Rusiyalı təbliğatçılar İrəvandakı faciədən çaxnaşma məqsədilə istifadə edirlər”

rusiyali-tebligatcilar-irevandaki-facieden-caxnasma-meqsedile-istifade-edirler
Oxunma sayı: 2785

“Surmalu” ticarət mərkəzindəki faciə fonunda Ermənistan hökumətinə yaxın olan “Baqramyan 26” teleqram kanalı Rusiya səfirliyini Ermənistan hakimiyyətini gözdən salmaq cəhdlərində ittiham edib.

“Qafqazinfo” Haqqin.az-a istinadən xəbər verir ki, paylaşım müəlliflərinin sözlərinə görə, rusiyalı təbliğatçılar İrəvanda insan tələfatı ilə bağlı faciədən Ermənistan əhalisi arasında çaxnaşmanın yayılması məqsədilə istifadə edirlər. Qeyd edilir ki, kvazijurnalist Mika Badalyan və onun tərəf müqabili Semyon Peqov xüsusilə uğur qazanıblar.

Xəbəri rus dilində oxuyun: На этот раз армяне подожгли лес в Лачине - Видео

İnsidentdən dərhal sonra Badalyan bildirib ki, partlayış nəticəsində beş yaşlı qız həlak olub. Onun sözlərinə görə, bu barədə qızın cansız bədənini təxliyə etməyə kömək edən şahidlər danışıblar.

Bir az sonra bu məlumat Peqovun kanalında da yayımlanıb. Amma tezliklə Ermənistan Səhiyyə Nazirliyi bu məlumatı təkzib edib və bildirib ki, qızın həyatına heç bir təhlükə yoxdur.

“Badalyanın hərəkətlərini cəmiyyət arasında təqdim olunan rəsmi məlumatlara inamsızlıq yaratmaq məqsədilə dövlət institutlarının nüfuzdan salınmasına yönəlmiş kampaniya kimi qiymətləndirmək olar”, - “Baqramyan 26” teleqram kanalındakı paylaşımda deyilir.

Eyni zamanda vurğulanır ki, Badalyan Rusiya təbliğat orqanları və xüsusilə Rusiya səfirliyi tərəfindən açıq şəkildə maliyyələşdirilir.

Semyon Peqovun “sahibi” – erməniəsilli rusiyalı mediamaqnat Aram Aşotoviç Qabrelyanov da payını alıb. Belə ki, ictimai fəal Edqar Arakelyan fikir verib ki, Qabrelyanova məxsus Life.ru saytında İrəvandakı partlayış haqda xəbər  hadisədən iki saat əvvəl çıxıb...

Arakelyanın paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub, istifadəçilərin bir çoxu ticarət mərkəzindəki partlayışda “Rusiya izi”nin olduğunu irəli sürüblər.

Daha sonra məlum olub ki, VPN-dən istifadə edən Arakelyan İrəvən və Moskva arasındakı saat fərqini nəzərə almayıb.  

Lakin İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən faciədə Rusiyanın iştirakı ilə bağlı versiyanın sosial şəbəkələrin istifadəçiləri tərəfindən belə həvəslə qəbul edilməsi Ermənistanın hakim elitasında və bütövlükdə cəmiyyətdə hökm sürən anti-Rusiya əhvali-ruhiyyəsini və anti-Putin ab-havasını kifayət qədər parlaq şəkildə göstərir.