Rusiyaya qarşı 18-ci sanksiyalar paketi təsdiqləndi

rusiyaya-qarsi-18-ci-sanksiyalar-paketi-tesdiqlendi
Oxunma sayı: 1520

Aİ səfirləri iki ay davam edən müzakirələrdən sonra Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, 18-ci sanksiya paketi təsdiqlənib. Sadəcə paket Aİ Şurası tərəfindən yazılı prosedurla rəsmi şəkildə təsdiqlənməlidir, bundan sonra sanksiyalar qüvvəyə minəcək.

Qeyd olunub ki, 18-ci paketə fiziki və hüquqi şəxslərin “qara siyahı”sının genişləndirilməsi, Rusiya neftini daşıyan tankerlərə qarşı, həmçinin bir sıra banklara məhdudiyyətlər, eləcə də ikili təyinatlı mal və texnologiyalara yeni ixrac məhdudiyyətləri daxildir.