“Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmırıq” - Kalın

rusiyaya-qarsi-sanksiyalar-tetbiq-etmeyi-planlasdirmiriq
Oxunma sayı: 2835

“Türkiyə Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil”.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentin sözçüsü İbrahim Kalın bildirib.

"Hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmırıq. Çünki güvən kanalını açıq saxlamaq istəyirik. Ruslarla əlaqələrimizi açıq saxlamaq istəyirik ki, iqtisadiyyatımıza təsir etməsin”, - Kalın qeyd edib.