Ruslan Abışov “Xəzər Lənkəran”ı “Rubin”ə dəyişdi

ruslan-abisov-xezer-lenkerani-rubine-deyisdi
Oxunma sayı: 648

Fanat.az xəbər verir ki, Ruslanın Kazan təmsilçisinə keçidini onun meneceri, eləcə də qardaşı olan Sərxan Abışov həll edib.

Məlumatlı mənbənin sözlərinə görə, 25 yaşlı təcrübəli müdafiəçi “Rubin”də ilinə 200 min avro alacaq. Abışov “Xəzər Lənkəran”a 400 min manata transfer olmuşdu. Onun yarı qiymətə Rusiya klubuna keçməsində əsas məqsəd karyerasını ölkədən kənarda davam etdirmək istəməsi olub.