Saakaşvili Trampın qələbəsindən danışdı - “Ehtiyatlı olmalıyıq”

saakasvili-trampin-qelebesinden-danisdi
Oxunma sayı: 7709

Odessa vilayətinin qubernatou postundan istefa verən Mixail Saakaşvili Donald Trampın seçkilərdəki qələbəsindən danışıb.

Qafqazinfo”nun məlumatına görə, o, Feysbuk səhifəsində bildirib ki, Trapmla 20 ildir ki, tanışdır və onlar dostluq əlaqələrinə malikdirlər.

“Donald Tramp gözlənilməz siyasəti olan güclü şəxsiyyətdir. Biz ehtiyatlı davranmalı və əvvəlkindən daha çox təşkilatlanmalıyıq”, - deyə Saakaşvili bildirib.

Xatırladaq ki, M. Saakaşvili 2012-ci ildə D. Trampı “Dostluq” ordeni ilə mükafatlandırıb.