Saakaşviliyə növbəti zərbə - Ev dustağı oldu

saakasviliye-novbeti-zerbe
Oxunma sayı: 1732

Gürcüstanın sabiq prezidenti, Odessanın eks-qubernatoru Mixail Saakaşvili ev həbsinə məhkum edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Kassasiya Məhkəməsi qərar çıxarıb.

Məlumata əsasən, məhkəmə prokurorluğun Saakaşvilinin sərbəst buraxılmasıyla bağlı qərara etirazına baxıb. Məhkəminin sonunda hakim Oleq Prisyazhnyuk, Saakaşvilinin yerli saatla 22.00-dan səhər 07.00-yə qədər ev həbsində qalmasına qərar verildiyini açıqlayıb.

M. Saakaşvili iclas sonrası jurnalistlərə açıqlamasında qərarı “biabırçılıq” kimi qiymətləndirib, yaxın zamanda yürüşə başlayacaqlarını açıqlayıb.

Xatırladaq ki, Mixail Saakaşvili cinayət təşkilatlarına yardımda ittihamı ilə saxlanılsa da, məhkəmə sərbəst buraxılmışdı.