“Sabah” “Neftçi”ni məğlub etdi

sabah-neftcini-meglub-etdi
Oxunma sayı: 2067

Bu gün Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, turun sonuncu və mərkəzi oyununda lider “Qarabağ”ın iki əsas izləyicisi – “Sabah”la “Neftçi” komandaları üz-üzə gəlib. Meydan sahibləri matçı inamlı qələbə ilə başa vurublar.

Xatırladaq ki, daha öncə “Kəpəz” doğma meydanda “Qəbələ” ilə heç-heçəyə (2:2) razılaşıb, “Turan Tovuz” evdə “Qarabağ”a (2:3), “Sumqayıt” isə səfərdə “Zirə”yə (1:3) məğlub olub. Bu gün baş tutan digər oyunda isə “Şamaxı” “Səbail”lə ev oyunundan əzmkar qələbə (2:1) ilə ayrılıb.

Azərbaycan Premyer Liqası
XIX tur
26 yanvar

“Sabah” – “Neftçi” 2:0
Qol: C.L.Mikels, 7-pen. A.Kaşuk, 37.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Rauf Allahverdiyev.
Masazır. “Bank Respublika Arena”, 19:00.