“Sabah” tarixində ilk dəfə bir oyunda 7 qol vurdu - Video+Yenilənib

sabah-tarixinde-ilk-defe-bir-oyunda-7-qol-vurdu
Oxunma sayı: 1625

Misli Premyer Liqasında 23-cü tura “Sabah” və “Qəbələ” komandaları arasındakı qarşılaşma ilə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən matçda meydan sahibləri rəqibini darmadağın edirlər.

Hazırda 53 xalla turnir cədvəlinin vahid lideri olan Masazır təmsilçisi oyunun ilk hissəsində rəqib qapısından 4 top keçirməyi bacarıb.

Belə ki, görüşün 11-ci dəqiqəsində Coy Lens Mikels hesabı açıb. 24-cü dəqiqədə Aleksey İsayev fərqi iki topa çatdırıb. “Sabah”ın hücumlarını davam etdirdiyi oyunda 32-ci dəqiqədə Coy Lens Mikels dublunu rəsmiləşdirib, 40-cı dəqiqədə isə Kahim Parris rəqib qapısına dördüncü qolu vuraraq ilk hissənin nəticəsini müəyyənləşdirib.

Hazırda oyunda fasilədir.

Qeyd edək ki, “Qəbələ” hazırda 16 xalla 11-ci pillədə qərarlaşıb. Cari mövsümdə tərəflər arasında keçirilən əvvəlki hər iki matçda da “Sabah” rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

“Sabah”ın ilk hissədə vurduğu qolları təqdim edirik:

***

İkinci hissə başladı.

***

Aaron Maluda 53-cü dəqiqədə fərqi 5-ə çatdırır.

***

63-cü dəqiqədə Cesse Sekidika hesabı 6:0 edir.

***

77-ci dəqiqə Rəhman Daşdəmirov başla fərqlənir.

Adriel Ba Lua 87-ci dəqiqədə qollardan birinin əvəzin çıxır.

***

Matç “Sabah”ın 7:1 hesablı qələbəsi ilə başa çatdı.