“Həzi Aslanov” stansiyasının dalanında təmir işləri ilə əlaqədar noyabr ayının 30-dan Bakı metropoliteninin Qırmızı və Yaşıl xətlərində qatarların hərəkət qrafiki dəyişdiriləcək.
Bu barədə “Qafqazinfo”ya “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən “Bakmil” stansiyası istiqamətində və əksinə qatarların hərəkət cədvəlinə də dəyişikliklər ediləcək. İş, şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli “Bakı Metropoliteni” QSC-nin rəsmi internet səhifəsinin müvafiq bölməsində (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilir.
Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.