Misli Premyer Liqasında XXIX turun sonuncu matçı “Sabah”ın üstünlüyü ilə başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, Masazır təmsilçisi “Bank Respublika Arena”da “Karvan-Yevlax”ı qəbul edib.
Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.Matçda qolları 49-cu dəqiqədə Patrik Mbina və 55-ci dəqiqədə Aron Maluda rəqib qapısından keçiriblər.
Oyun həmçinin qırmızı vərəqələrlə də yadda qalıb. Qonaqların heyətində Tompson Qavi 36-cı dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. “Sabah”ın futbolçusu Aleksey İsayev isə 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.
Qeyd edək ki, bununla da xallarının sayını 72-yə çatdıran “bayquşlar” turnir cədvəlinə başçılıq edirlər.
Onu da bildirək ki, Masazır təmsilçisi növbəti turda qələbə qazanarsa, çempionluğunu rəsmiləşdirəcək.

Son xəbərlər
Son Xəbərlər