Şabranda doğuş zamanı ana və uşağı öldü - Yenilənib

sabranda-dogus-zamani-ana-ve-usagi-oldu
Oxunma sayı: 2642

Şabran rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, hazırda rayon prokurorluğunun əməkdaşları hadisə yerindədir.

Məlumata görə, rayon sakini, 1987-ci il təvəllüdlü Nailə Qasımova doğuş zamanı ölüb, onun körpəsini də xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “Qafqazinfo”ya bildirilib ki, ölüm halı ilə bağlı müvafiq araşdırma aparılır. 

Cəsəd təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Ölümün dəqiq səbəbi aparılacaq patoloji anatomik müayinə və müvafiq hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində aydınlaşacaq.