Sentyabrın 20-də Sabunçu Rayon İcra Hakimiyyəti və “Balaxanı Beynəlxalq Əməliyyat Şirkəti”nin birgə təşkilatçılığı ilə YAP Sabunçu rayon təşkilatının inzibati binasında “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanığıcıdır” mövzusunda tədbir keçirilib.
"Qafqazinfo" xəbər verir ki, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, “Balaxanı Beynəlxalq Əməliyyat Şirkəti”nin vitse-prezidenti Əli Həsənli, “Balaxanı Beynəlxalq Əməliyyat Şirkəti”nin prezidentinin müşaviri, texniki elmlər doktoru, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Əməkdar mühəndis” fəxri ada və “III dərəcəli Əmək ordeni”nə layiq görülmüş Şaiq Bəkirov, “Balaxanı Beynəlxalq Əməliyyat Şirkəti”nin prezidentinin müşaviri Telman Cəfərov, “Azgerneft” MMC-nin direktoru Çingiz İsayev, Rayon İcra Hakimiyyətinin başçısının müavinləri, “Balaxanı Beynəlxalq Əməliyyat” Şirkətinin əməkdaşları və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.
Adil Vəliyev Azərbaycanda neft sahəsinin inkişafı, neft strategiyasının müəyyən edilməsi və “Əsrin müqaviləsi”nin bağlanmasında ümummilli lider Heydər Əliyevin göstərdiyi qətiyyət, şücaət və apardığı uzaqgörən siyasət barədə geniş məlumat verdi. Vətən müharibəsində əldə olunmuş şanlı qələbəyə gedən yolun başlanğıcında “Əsrin müqaviləsi”nin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən A.Vəliyev ölkəmizin dünyada “neft ölkəsi” kimi tanınmasında ulu öndərin göstərdiyi misilsiz xidmətləri vurğulayaraq bu sahədə əldə olunan uğurların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə, məharətlə davam etdirildiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən “Balaxanı Beynəlxalq Əməliyyat Şirkəti”nin vitse-prezidenti Əli Həsənli, “Balaxanı Beynəlxalq Əməliyyat Şirkəti”nin prezidentinin müşaviri Şaiq Bəkirov və “Balaxanı Beynəlxalq Əməliyyat Şirkəti”nin prezidentinin müşaviri Telman Cəfərov neft sahəsində çalışanları peşə bayramı münasibətilə təbrik edərək ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı, ölkə rəhbəri İlham Əliyevin Azərbaycan neftinin inkişafı naminə həyata keçirdikləri islahatlardan, misilsiz xidmətlərdən, o cümlədən neftçilərə göstərdikləri diqqət və qayğıdan geniş söz açıblar.
Son xəbərlər
Son Xəbərlər