Safura Əlizadə Natiq Əliyevin oğlu ilə evlənir - Eksklüziv

safura-elizade-natiq-eliyevin-oglu-ile-evlenir-ekskluziv
Oxunma sayı: 3908


Azərbaycanın daha bir “Eurovision” təmsilçisi ailə həyatı qurmağa hazırlaşır. “Qafqazinfo”nun eksklüziv olaraq əldə etdiyi məlumata görə, ölkəmizin “Eurovision-2010” təmsilçisi Safura Əlizadə yaxın günlərdə ailə quracaq. Məlumatda bildirilir ki, o, sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə nikaha girəcək.

Qeyd edək ki, Natiq Əliyevin oğlu Safura Əlizadəyə qədər evli olub.

Onun yoldaşı da məşhur Axundov soyadına mənsub ailədən olub.

Onu da xatırladaq ki, bir müddət əvvəl digər “Eurovision” təmsilçimiz Aysel Teymurzadə də ailə həyatı qurmuşdu. O, Filarmoniyanın direktoru Murad Adıgözəlzadə ilə evlənmişdi. Maraqlıdır ki, A. Teymurzadə də də öz seçimini məhz Safura kimi edərək əvvəl evli olan insanla ailə qurmuşdu.