Şahmar Mövsümov Prezidentin köməkçisi təyin olundu

sahmar-movsumov-prezidentin-komekcisi-teyin-olundu
Oxunma sayı: 11913

Prezident İlham Əliyev Şahmar Mövsümova yeni vəzifə verib. 

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Şahmar Arif oğlu Mövsümov Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri təyin edilib.

Şahmar Mövsümov Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsini icra edirdi.  

Qeyd edək ki, Dövlət Neft Fondunun icraçı direktoru vəzifəsinə İsrafil Məmmədov təyin edilib.