Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov və kənd təsərrüfatı naziri İnam Kərimov İsraildə səfərdədir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyəti dövlət və kənd təsərrüfatı təyinatlı torpaqların idarə olunması sahəsində biliklərini bölüşmək və ölkələr arasında gələcək əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə İsrail Torpaq Komitəsində görüş keçirib.
Son xəbərlər
Son Xəbərlər