Şahzadə Harri yenidən kral ailəsinə qoşulmağı düşünür

sahzade-harri-yeniden-kral-ailesine-qosulmagi-dusunur
Oxunma sayı: 2105

“Böyük Britaniya şahzadəsi Harri özünü günahkar hiss edir və kral ailəsinə qayıtmağı düşünür”​.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Bildirilir ki, şahzadə Harri Keyt Midelton və III Çarlzın səhhətində yaranan problemlərdən sonra yenidən görüşməyi düşünür.

Nəşrin insayderinin sözlərinə görə, o, keçmişi yenidən düşünüb və vətəninə qayıtmaq imkanını nəzərdən keçirməyə hazırlaşır:

“Çox şey olsa da, belə vaxtlar ona həyatın qısa olduğunu və ailənin vacib olduğunu xatırlatdı”.