Şamaxıda işçilər hündürlükdən yıxıldı - 1-i öldü

samaxida-isciler-hundurlukden-yixildi
Oxunma sayı: 4684

Bu gün səhər saatlarında Şamaxı rayonunda iş şəraitində ehtiyatsızlıqdan hündürlükdən yıxılma nəticəsində 2 nəfər xəsarət alıb.

TƏBİB-dən "Qafqazinfo"ya verilən məlumata görə, onlardan birinin xəsarətləri ağır olduğundan Bakıya əməliyyata gətirilərkən dünyasını dəyişib.

Digəri isə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında əməliyyat edilir, vəziyyəti ağır qiymətləndirilir.