Şamaxıda müasir Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, öncə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayonun hüquq-mühafizə strukturlarının, eləcə də müvafiq idarə, müəssisə və təşkilat kollektivlərinin məsul şəxsləri və ictimaiyyət nümayəndələri Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək onun əziz xatirəsi ehtiramla yad ediblər.
Şamaxı Mədəniyyət Mərkəzində təşkil olunmuş anım tədbirində öncə Ümummilli Liderin həyatı və fəaliyyəti barədə “Geosiyasi Kod” adlı film nümayiş olunub.
Daha sonra çıxış edənlər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı bütün varlığı ilə vətəninə, xalqına bağlı olan böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qurulmasında, xalqımızın əmin-amanlığının təmin edilməsində və milli-mənəvi dəyərlərimizin qorunmasındakı əvəzsiz xidmətlərindən geniş söhbət açıblar. Ulu Öndər qətiyyətlilik, milli mənəvi dəyərlərə bağlılıq və ədalətlilik prinsiplərinin rəhbər tutaraq bütün həyatını xalqımızın birliyi və rifahı, ölkəmizin parlaq və firavan gələcəyi uğrunda mübarizəyə həsr etdiyini bildiriblər.
Natiqlər həmçinin Ulu Öndərin bizə bəxş etdiyi güclü Azərbaycan Respublikasının bu gün onun ideyalarının davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da gücləndiyini, tam müstəqil və güclü bir dövlətə çevrildiyini vurğulayıblar.




Son xəbərlər
Son Xəbərlər