Samir Şərifova yeni vəzifə verildi

samir-serifova-yeni-vezife-verildi
Oxunma sayı: 1141

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri, iqtisadiyyat naziri isə sədr müavini təyin edilib.

Təşkilat Komitəsinin üzvləri isə aşağıdakılardır:

Azərbaycan Respublikasının xarici işlər naziri;

Azərbaycan Respublikasının maliyyə naziri;

Azərbaycan Respublikasının mədəniyyət naziri;

Azərbaycan Respublikasının daxili işlər naziri;

Azərbaycan Respublikasının fövqəladə hallar naziri;

Azərbaycan Respublikasının səhiyyə naziri;

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri;

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri;

Azərbaycan Respublikasının energetika naziri;

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri;

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi;

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi;

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi;

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri;

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri;

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri;

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri;

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru;

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti;

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti;

“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri;

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri.

Təşkilat Komitəsi bu il sentyabrın 25–26-da keçiriləcək ikinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun təşkilini təmin edəcək, Forumunun keçirilməsi ilə bağlı hər il Tədbirlər Planını hazırlamalı və icrasını əlaqələndirməli, eləcə də Forumun təşkili və keçirilməsi ilə bağlı digər zəruri məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi isə Təşkilat Komitəsinin Katibliyi funksiyasını həyata keçirəcək.