Samuxda sahibkarlarla görüş keçirilib

samuxda-sahibkarlarla-gorus-kecirilib
Oxunma sayı: 2111

Samux Rayon İcra Hakimiyyətində rayon sahibkarları ilə görüş keçirilib. "Qafqazinfo" xəbər verir ki, qarşılıqlı dialoq formatında keçən  görüş zamanı sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandılıb, qarşıya çıxan aidiyyəti problemlər yerindəcə həll olunub. Sahibkarlara çətinlik yaradan məsələlərin  aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev öz çıxışında sahibkarlıq subyektlərinin fəaliyyətinin motivasiya olunması ilə rayon iqtisadiyyatının daha da inkişaf etdirilməsini növbəti hədəf olaraq qarşıya qoyulduğunu, belə görüşlərin davamlı xarakter daşıyacağını bildirib. 

F.Əliyev rayonda aparılan abadlıq və quruculuq işləri barədə sahibkarlara  məlumat verərək  qeyd edib ki, regionların dayanıqlı inkişafı  istiqamətində
dövlət başçısı İlham Əliyevin ölkədə milli sahibkarlığın inkişafının stimullaşdırılması ilə bağlı gördüyü işlər Samux  rayonunda da özəl sektorun dinamik inkişafına güclü təkan verib. 

İcra başçısı “Heydər Əliyev İli” nə töhfə olaraq, rayonda aqroturizm fəaliyyətinin yaradılması məqsədilə xüsusi layihə hazırlandığını, yaşıllaşdırma və ətraf mühitin mühafizəsi sahəsində əməli tədbirlərin davam etidiriləcəyini diqqətə çatdırıb. 

Çıxış edən sahibkarlar yaradılan şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirib, onların  fəaliyyətlərinin daha da genişləndirilməsinə köməklik göstərilməsi istiqamətində atılan addımları və əməli köməyi yüksək qiymətləndiriblər.