Samuxda yasda kütləvi zəhərlənmə - Aralarında uşaqlar da var

samuxda-yasda-kutlevi-zeherlenme
Oxunma sayı: 716

Samux rayonunda keçirilən yas mərasimində kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.

İlkin məlumata görə, mərasimdə iştirak edən 22 nəfər qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal tibbi yardım göstərilib. Hazırda zəhərlənənlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məlumata görə, zəhərlənənlər arasında azyaşlılar da var.

***

Samuxda yas mərasimində zəhərlənən şəxslərin adları bilinib. 

Onlar Rasim Əliyev, G. M (2009) , Sultanbəy Əliyev (1966), F. D (2013) , Güllü Bayramova (1982), A. D ( 2022) , R. Ə (2010), N.S ( 2019), Qırğızbəy Məmmədov (1948), Gülnaz Məmmədova (1990), Almaz Əliyeva (1981), Gülnar Əşrəfli (1985), Könül Əşrəfli (1984) , N. D (2011), Qızxanım Yusifova (1968), Məhəbbət Babayeva (1968), Gülçöhrə Abdullrəhmanova (1979), M. S (2021), Təhminə Vəliyeva (1989), S. M (2021), S.Ə (2013), Bayramov Leylixandır (1958).

Yunis Quliyev