Sarayda qadın öldürüldü - Qaynı tutuldu - Yenilənib

sarayda-qadin-olduruldu
Oxunma sayı: 4034

Bu gün Abşeron rayonunun Saray qəsəbəsində qətl hadisəsi törədilib.

“Qafqazinfo” xəbər verir ki, 1974-cü il təvəllüdlü Məlikova Əminə Murtuza qızı aldığı kəsilmiş-deşilmiş xəsarətlərdən vəfat edib.

Polisin keçirdiyi tədbirlə hadisəni törətməkdə şübhəli bilinən 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib. Onun Ə.Məlikovanın qaynı olduğu müəyyənləşib.

Hadisənin ailə-məişət mübahisəsi zəminində törədildiyi bildrilir.

Araşdırmalar davam etdirilir.

***

Abşeron Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, sentyabrın 2-si saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində Əminə Məlikovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.