Sarkozi həbsdən çıxır

sarkozi-hebsden-cixir
Oxunma sayı: 2465

Fransanın keçmiş prezidenti Nikola Sarkozi apellyasiya şikayətinə baxılana qədər şərti azadlığa buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BFM TV-nin məlumatındda deyilir.

Bildirilib ki, məhkəmədəki yekun çıxışında Sarkozi həbsxana həyatının “çətin, çox çətin” olduğunu bildirib və dəfələrlə öz günahsızlığını vurğulayıb.

Qeyd edək ki, “Liviya işi” çərçivəsində cinayətkar təşkilat yaratmaqda təqsirli bilinən keçmiş prezident beş il müddətinə azadlıqdan məhrum edilmişdi. Sarkozi 11 kvadratmetrlik, pəncərəli tək nəfərlik kamerada saxlanılırdı.