Saxta “Mona Liza” rekord qiymətə satıldı - Fotolar

saxta-mona-liza-rekord-qiymete-satildi
Oxunma sayı: 4123

Fransanın paytaxtı Parisdə dahi italyan alim və rəssam Leonardo Da Vinçinin “Mona Liza” əsərinin reproduksiyası hərracda satılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 500 min avroya hərraca çıxarılan əsər 2 milyon 900 min avroya alıcı tapıb.

Bu, dünyada “Mona Liza” reproduksiyasına ödənilən ən yüksək məbləğdir. Əsərin 200-300 min avroya satılacağı düşünülürdü.

XVII əsrdə hazırlanan reproduksiya ilk dəfə 1953-cü ildə Fransadakı bir əntiq əşyalar mağazasında satılıb. Satın alan şəxs illərlə əlindəki reproduksiyanın original olduğunu iddia edib. Ancaq mütəxəssislər onun iddialarının doğru olmadığını açıqlayıblar.