Suriyada Suriya Demokratik Qüvvələri (SDQ) adı altında fəaliyyət göstərən qruplaşma Hələb və ətrafındakı mülki yaşayış məntəqələrinə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bildirilib ki, SDQ qüvvələri Hələbin Şeyx Maqsud və Əşrəfiyyə məhəllələrində mövqelənərək mülki əhalinin yaşadığı əraziləri ağır artilleriya və minaatanlardan atəşə tutub. Hələb Valiliyinin məlumatına görə, hücum nəticəsində 2 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.
Qeyd edək ki, gərginliyin artması fonunda Suriya keçid hökuməti Hələbə zirehli texnika cəlb edib.
Son xəbərlər
Son Xəbərlər